Xəstəliklər
Covid-19-dan sonra ən ölümcül xəstəlik -
Xəstəliklər

Covid-19-dan sonra ən ölümcül xəstəlik - 10 milyondan çox insan...

E-saglam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu xəstəlik əsasən ağciyərlərə təsir edir və hava-damcı yolu ilə asanlıqla yayılır. Vərəmin qarşısını almaq üçün erkən diaqnoz və effektiv müalicə vacibdir.

ÜST-ün məlumatına görə, 2000-2023-cü illər arasında tətbiq olunan müalicə və diaqnostika tədbirləri 79 milyon insanın həyatını xilas edib.

Körpələrə tətbiq olunan BCG peyvəndi vərəmdən qorunmada mühüm rol oynayır. Uzun müddətli öskürək, qızdırma və gecə tərləməsi kimi əlamətlər olduqda, insanlar mütləq həkimə müraciət etməlidirlər.

Müalicə zamanı dərmanların müntəzəm istifadəsi çox vacibdir, çünki bu, yoluxuculuğun qısa müddətdə azalmasına imkan verir. Xəstələrin müalicəyə davamlılığını artırmaq üçün dərman qəbulu tibb işçilərinin nəzarətində aparılır. 

Maskadan istifadə, gigiyena qaydalarına riayət etmək və təbii havalandırma xəstəlikdən qorunmaq üçün önəmli addımlardır. Erkən diaqnoz və düzgün müalicə vərəmlə mübarizədə əsas şərtlərdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun