Xəstəliklər
COVID-19-a qarşı peyvəndlər uşaq sahibi olmağa mənfi təsir edə bilərmi?
Xəstəliklər

COVID-19-a qarşı peyvəndlər uşaq sahibi olmağa mənfi təsir edə bilərmi?

Koronavirus peyvəndi də daxil olmaqla hər hansı bir peyvəndin qadınlarda və ya kişilərdə fertilliyə  təsir edə biləcəyinə dair bir dəlil yoxdur.

E-saglam.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un (Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi üzrə Federal Xidməti) saytında məlumat verilib.

Qurumdan bildirilib ki, koronavirusa qarşı Rusiya peyvəndlərinin nəsillərə təsirini qiymətləndirmək üçün ilk növbədə laboratoriya heyvanları üzərində lazımi testlərdən keçilib və heç bir mənfi nəticə aşkar edilməyib.

“Hazırda uşaq sahibi olmaq istəyirsinizsə, COVID-19-a qarşı peyvənd olunduqdan sonra hamilə qalmaqdan çəkinmək lazım deyil”, - deyə “Rospotrebnadzor”dan əlavə edilib.

Qurumdan o da vurğulanıb ki, bu vəziyyətdə mövcud olan preparatla vaksinasiyadan keçmək ən məqbuludur, ancaq xroniki xəstəliklər halında peyvənd seçimi ilə əlaqədar həkimlə məsləhətləşməyə dəyər.

Mənbə: Azmedia.Az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun