Qidalanma
Çörəyin diyetdə faydaları - Diyetoloq danışır
Qidalanma

Çörəyin diyetdə faydaları - Diyetoloq danışır

Mövzu ilə bağlı diyetoloq, PhD Dr.Turxan Baratzadə E-saglam.az-a yazır. 

Hər hansı mühitdə, kilo problemləri və ya arıqlama ilə bağlı mövzu açılanda, o dəqiqə bu cümləni eşidirik: "Çörəyi kəsin, dərhal arıqlayacaqsınız". Bu cümlə nə qədər doğrudur? Boş bir pəhriz əfsanəsidir, yoxsa bu yanaşmada həqiqət payı da var?

İlk növbədə qeyd edim ki, çörək yeməməyin arıqlatdığına dair heç bir sübut edilmiş elmi əsas yoxdur. Bu sözlərin çoxu ya şəxsi təcrübələrdən, ya "dostlardan" gəlir. Ancaq unudulmamalıdır ki, birinin düzü digərinin səhvi ola bilər.

Əslində, pəhrizdən çörəyi tamamilə çıxarmaq yerinə, növünə və miqdarına diqqət etmək lazımdır. Qan şəkərini tez qaldıran yüksək qlisemik indeksli ağ çörəyin əvəzinə, aşağı qlisemik indeks və yüksək lif tərkibli, çovdar, tam taxıllı və ya buğda çörəyi yemək daha məsləhətlidir. Bundan əlavə, bu çörəklər daha tez doyma hissi və uzunmüddətli toxluq verir.

Diyetdə çörəyin faydaları hansılardır?

- Uzun müddət doyma hissi verir.

- Qan şəkərini kontroluna təsirli olur.

- İştah kontrolunun saxlanmasına kömək edir.

- Həzmi ağızdan başladığından, beyinə daha sürətli toxluq siqnalının göndərilməsində rol oynayır.

- Tam taxıllı çörəkdə bütün B qrupu vitaminləri (B12 istisna olmaqla) var və çörək bu vitaminlərin əhəmiyyətli mənbəyidir. Bu vitaminlər maddələr mübadiləsində əhəmiyyətli rol oynayır. Bundan əlavə, B qrupu vitaminlərinin çatışmazlığı yorğunluq, depressiya kimi hislərə səbəb ola bilər.

- Tərkibindəki lif həzm sisteminin doğru çalışmasına təsiri olur.

- Asanlıqla tapıla bilən karbohidratların bir qaynağıdır və gündəlik enerji ehtiyacımızın qarşılanmasında əhəmiyyətli yerə sahibdir.

Nə qədər yeyək?

Mümkün qədər tam buğda unundan, yəni kəpəyi ələnməmiş buğda unundan hazırlanmış çörəklərdən istifadə etmək lazımdır. Yaxud qarışıq çörəklər - çovdar və tam buğda unundan hazırlanmış çörəklər də var. Bunlardan istifadə etmək olar.

Bu çörəkləri belə gün ərzində 1-2 porsiya istifadə etmək olar. Bir porsiya dediyim baton çörəyinin 2 incə dilimi olaraq nəzərdə tutulur.

Aygün

Diyetoloq Turxan Baratzadə

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun