Tibbi xəbərlər
Cinsi istəyi gücləndirən
Tibbi xəbərlər
293

Cinsi istəyi gücləndirən 3 qida açıqlandı

Məşhur seksoloq Juaun Borzino cinsi istəyi artırmaq üçün gündəlik qidalanmada bəzi təbii məhsullara yer verməyi tövsiyə edib.

E-saglam.az xəbər verir ki, o, "Metropoles" nəşrinə verdiyi müsahibədə libidonu gücləndirən dörd əsas qidanın adını çəkib.

1. Qara şokolad

Qara şokoladın tərkibində olan triptofanfeniletilamin maddələri əhval-ruhiyyəni yüksəldir, xoşbəxtlik hissi yaradır və libidonu artırır. Eyni zamanda, bu qida enerji verən antioksidantlarla da zəngindir.

2. Zəncəfil

Bütün bədəndə qan dövranını sürətləndirən və istilik verən zəncəfil cinsi orqanlara qan axınını artıraraq istəyi gücləndirir. İstifadəsi həm təzə, həm də çay formasında mümkündür.

3. Acı bibər

Acı bibər də qan dövranını aktivləşdirir və bədəndə istilik effekti yaradır. Bu da cinsi həssaslığı və istəyi artıran amillərdən biri sayılır.

Juaun Borzino eyni zamanda vurğulayır ki, balanslı qidalanma və sağlam həyat tərzi cinsi sağlamlığın təməlidir və bu məhsullar onlara dəstək məqsədilə istifadə olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun