Tibbi xəbərlər
Cinsi əlaqənin tez-tez olması körpənin cinsinə təsir edir?
Tibbi xəbərlər
559

Cinsi əlaqənin tez-tez olması körpənin cinsinə təsir edir? Professordan maraqlı izah

Britaniyalı professor Hannah Fray cinsi əlaqənin tezliyinin körpənin cinsinə təsir edə biləcəyini irəli sürüb. Onun sözlərinə görə, qısa fasilələrlə cinsi əlaqədə olan cütlüklərin oğlan uşaq sahibi olma ehtimalı daha yüksəkdir.

E-saglam.az xəbər verir ki, o, bu nəzəriyyəni dünya müharibələrindən sonra doğulan oğlan uşaqlarının sayının artması ilə əlaqələndirib.

Statistik məlumatlara əsaslanaraq, 1919 və 1945-ci illərdə oğlan doğumlarının qızlara nisbətən artdığını qeyd edib. Müharibədən qayıdan əsgərlərin daha tez-tez cinsi əlaqədə olması hamiləlik ehtimalını artırıb. Cinsi əlaqənin tezliyi qadının menstrual dövrünün erkən mərhələsində hamilə qalma ehtimalını yüksəldir.

Erkən hamiləlik hallarında oğlan uşaqlarının doğulma ehtimalının artdığı müşahidə edilib. Bunun hormonal və ya uşaqlıq boynundakı mühitin dəyişməsi ilə əlaqəli ola biləcəyi ehtimal edilir. Y xromosomu daşıyan spermanın yumurtaya çatma şansı bu dəyişikliklərdən təsirlənə bilər.

Fray bu metodun körpənin cinsini dəyişdirmək üçün qəti nəticə vermədiyini vurğulayıb.

1973-cü ildə İngiltərədə enerji böhranından sonra oxşar tendensiya müşahidə edilib. Evdən işləyən cütlüklərdə oğlan uşaqlarının sayında artım qeydə alınıb.

Bu nəzəriyyə hələ tam sübut edilməsə də, bəzi tədqiqatlar müəyyən əlaqəni göstərir. Cinsi əlaqənin tezliyi və hamiləlik arasında əlaqə mövcud ola bilər.

Lakin körpənin cinsinin tamamilə təbii və genetik faktorlardan asılı olduğu da nəzərə alınmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun