Çində “Sinofarm” peyvəndinin üç yaşdan 17 yaşadək uşaqlar üçün təcili istifadəsi təsdiqlənib
E-saglam.az xəbər verir ki, bu barədə şirkətin saytında yer alan məlumatda bildirilir.
ÜST tərəfindən təhlükəsiz və təsirli kimi təsnif edilən “Sinofarm” 45 ölkədə böyüklərdə peyvənd üçün təsdiqlənmiş ilk Çin dərmanıdır.
ÜST-ün hesabatında qeyd edilir ki, bir sıra ölkələrdə III faza klinik sınaqlarında peyvəndin effektivliyi iki dozadan sonra 78,1 % olub. Xəstəxanaya yerləşdirməyin qarşısını alma effektivliyi 78,7 % təşkil edib. Əksər yan təsirlərin yüngül və orta dərəcədə olduğu qeyd edilir, bunlar da əsasən inyeksiya yerindəki ağrı, baş ağrısı və yorğunluqdur.
Dərmanın 18-59 yaş qrupunda təsirli olduğu sübut edilib ki, bu da ÜST-dən təsdiq üçün səbəb olub./oxu.az/