Tibbi xəbərlər
Çində eşitmə qüsurlu 5 uşaq "heyrətləndirici" terapiya ilə
Tibbi xəbərlər
433

Çində eşitmə qüsurlu 5 uşaq "heyrətləndirici" terapiya ilə eşitməyə başladı

Çində aparılan gen terapiyası sayəsində eşitmə qüsuru ilə doğulan 5 uşaq eşitmə qabiliyyəti qazanıb.

E-saglam.az “The Guardian” qəzetinə əsasən xəbər verir ki, Çinin Fudan Universitetinin həkimləri 1-11 yaş arası eşitmə qüsurlu 5 uşağa gen terapiyası tətbiq ediblər.

Araşdırmada eşitmə itkisi ilə əlaqəli olan “Otof geni”ndə olan mutasiyaların funksional surətlərinin daxili qulağa yerləşdirildiyi bildirilib.

Müalicənin qulaqdakı hüceyrələr tərəfindən bu funksional nüsxələrdən şablon kimi istifadə edilərək həyata keçirildiyi qeyd edilib.

Müalicə alan 5 uşağın hamısının eşitmə qabiliyyəti bərpa edilib.

Araşdırmada müalicə olunan uşaqlardan birinin öz adına cavab verdiyi, digərinin isə bəzi cümlələri anlaya bildiyi qeyd edilib.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Zheng-Yi Çen, "heyrətləndirici" olaraq xarakterizə etdiyi araşdırmanın nəticələrinin uşaqların eşitməsində irəliləyiş olduğunu vurğulayıb:

"Eksperimental nəticələrin eşitmə qüsuru ilə bağlı digər araşdırmalara da kömək edəcəyinə ümid edirik. Bizim əsas məqsədimiz səbəbi nə olursa-olsun, insanların eşitmə qabiliyyətinin bərpa olunmasına kömək etməkdir".

Qeyd edək ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun