Tibbi xəbərlər
Çin masaj texnikası: Arıqlamağa kömək edən
Tibbi xəbərlər
136

Çin masaj texnikası: Arıqlamağa kömək edən bədəndəki 6 nöqtə

Çin təbabətində qədimdən bəri istifadə olunan akupressura (nöqtə masajı) bədənin müəyyən nöqtələrinə basaraq enerji axınının tənzimlənməsinə və maddələr mübadiləsinin dəstəklənməsinə yönəlmiş bir texnikadır.

E-saglam.az xəbər verir ki, bu üsul akupunktura ilə müqayisədə daha sadə və təhlükəsizdir, özü-özünə tətbiq oluna bilər. Mütəxəssislərə görə, bəzi nöqtələrin müntəzəm masajı arıqlama prosesinə də müsbət təsir edə bilər.

Akupressura texnikası necə işləyir?

Bu texnika bədənin müəyyən nöqtələrinə yüngül və ya orta təzyiqlə təsir etməklə əzələləri rahatladır, orqanların fəaliyyətini stimullaşdırır və stresin azalmasına kömək edir. Nöqtələr “tsun” adlı bədən ölçüləri ilə təyin edilir və adətən dəridə hiss olunan yüngül çökəkliklərlə üst-üstə düşür.

Arıqlama üçün 6 əsas nöqtə

1. Ovuc içində – maddələr mübadiləsi üçün

Baş barmağın bir az altındakı nöqtəyə 3 dəqiqə masaj qalxanabənzər və mədəaltı vəziləri stimullaşdıraraq maddələr mübadiləsini sürətləndirir. Bu, aclıq hissini azaldır və qan şəkərinin sabitliyinə dəstək olur.

2. Çənə altında – iştahın azaldılması üçün

Çənənin küncündə, qulaqların altına yaxın nöqtəyə 3 dəqiqə masaj maddələr mübadiləsini sürətləndirə və iştahı tənzimləyə bilər.

3. Dodaq üstü – emosional aclığın qarşısı üçün

Burunla yuxarı dodaq arasındakı nöqtəyə yüngül masaj stressi azalda bilər. Bu, xüsusilə emosional yeməyə meylli insanlara kömək edə bilər.

4. Qulaqda – qəlyanaltı istəklərini azaltmaq üçün

Qulaq dəliyini örtən tragus nahiyəsindəki nöqtəyə gündə bir neçə dəfə masaj iştahanı azalda və enerjini artıra bilər.

5. Diz altı – bədən çəkisinin tənzimlənməsi üçün

Diz qapağının altındakı “uzunömürlülük nöqtəsi” dairəvi hərəkətlərlə 2 dəqiqə masaj edildikdə, maddələr mübadiləsini sürətləndirə və çəkini azaltmağa yardımçı ola bilər.

6. Ayaq biləyi – dövran və rahatlama üçün

Ayaq biləyinin iç tərəfində, sümükdən 5 sm yuxarıdakı nöqtəyə masaj həm arıqlama, həm də ayaqlarda uyuşma və narahatlıqların azalması üçün faydalıdır.

Vacib qeyd: Bu texnika təkbaşına arıqlamağa səbəb olmaz, lakin balanslı qidalanma və fiziki aktivliklə birlikdə faydalı dəstək üsulu ola bilər. Nöqtə masajı hamiləlik, yüksək təzyiq və ya digər xroniki xəstəliklər zamanı diqqətlə və yalnız mütəxəssis məsləhəti ilə tətbiq olunmalıdır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun