Tibbi xəbərlər
Çin alimləri gənə ilə ötürülən
Tibbi xəbərlər
343

Çin alimləri gənə ilə ötürülən sirli virus aşkar ediblər

Çin alimləri gənə ilə ötürülən sirli virus aşkar ediblər.

E-saglam.az xəbər verir ki, 2019-cu ildə Daxili Monqolustanda bir bataqlıq parkında gənə dişləməsindən sonra qızdırma, baş ağrısı və qusma əlamətləri göstərən bir xəstə xəstəxanaya yerləşdirildi. Tədqiqatçılar xəstədən götürülmüş qan nümunəsində genetik analizlə əvvəllər məlum olmayan virus aşkar ediblər.

Bu virus Krım-Konqo hemorragik qızdırması virusuna yaxın növdür, ölüm nisbəti 30 faizdir və Nairoviridae ailəsinə aid olan orthonairovirus cinsinə aiddir.

Virus "Bataqlıq Virusu" adlanırdı

Alimlər Çinin şimal-şərqində gənə dişləməsindən sonra kəskin qızdırma keçirən digər xəstələri müayinə etdilər və daha 17 bataqlıq virusu aşkar etdilər ki, bu da virusun bu bölgədə geniş yayıldığını təsdiqləyir.

Virus qoyunlarda, donuzlarda və atlarda aşkar edilmişdir

Araşdırma qrupu virusun mənbəyini müəyyən etmək üçün bölgədəki gənə, ev heyvanları və vəhşi heyvanlar üzərində genişmiqyaslı ekoloji tədqiqatlar aparıb.

Bu araşdırmalar nəticəsində qoyun, donuz və atlarda virus aşkar edilib və bu heyvanların virus daşıyıcısı ola biləcəyi irəli sürülüb.

İndiyədək bataqlıq virusu yalnız Çinin şimal-şərqində aşkar edilib.

Bununla belə, bu virusu daşıyan gənələr Avropa və Asiyada geniş yayılma sahəsinə malikdir. Bu, virusun daha geniş coğrafiyada yayıla biləcəyini göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun