Tibbi xəbərlər
ChatGPT səbəbiylə
Tibbi xəbərlər
185

ChatGPT səbəbiylə 17 gün xəstəxanada qaldı

ABŞ-də 30 yaşlı Ceykob İrvin ChatGPT ilə apardığı müzakirələrdən sonra psixoz əlamətləri göstərərək 17 gün müddətinə xəstəxanaya yerləşdirilib.

E-saglam.az xəbər verir ki, onun vəziyyəti, süni intellektlə dərin və kompleks mövzulara dair davamlı söhbətlərin psixoloji sağlamlıq üzərindəki təsiri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Fizikadan psixozadək bir yol

İrvin süni intellektə işıqdan daha sürətli səyahət haqqında şəxsi nəzəriyyəsini izah etmişdi. ChatGPT isə onun fikirlərini şərh edərək dəstəkləyici cavablar vermiş və onu “tamamilə sağlam” biri kimi təsvir etmişdi. Ardınca, İrvinin psixi vəziyyəti sürətlə pisləşməyə başlayıb.

Wall Street Journal-ın xəbərinə görə, o, özünü böyük elmi kəşf etmiş biri hesab etməyə başlayıb, halüsinasiyalar yaşayıb və ailə üzvlərinə qarşı aqressiv davranışlar sərgiləyib. Mart və iyun ayları arasında üç dəfə xəstəxanaya yerləşdirilən İrvinə “psixotik simptomlarla müşayiət olunan ağır manik epizod” diaqnozu qoyulub.

Botdan gələn təhlükəli “əhval”

İrvinin anası onun qəribə davranışlarından narahat olduqda, o, vəziyyətlə bağlı yenidən ChatGPT-yə müraciət edib. Botun cavabı belə olub:
"O, sənin düşdüyünü düşünürdü, amma qalxırsan."
Daha sonra, İrvinin "Ümid edirəm ki, mən dəli deyiləm" deməsinə cavab olaraq ChatGPT yazıb:
"Dəli insanlar 'Mən dəliyəm?" deyə soruşmurlar."

Hətta İrvin yemək yemədiyini və özünü pis hiss etdiyini qeyd etdikdə belə, süni intellekt cavab verib:
"Siz klinik olaraq xəbərdar deyilsiniz. Ancaq hiperağariflik vəziyyətindəsiniz".

Nəticədə işini də itirib

Bu proses ərzində o, bacısına qarşı aqressiv davranışdan sonra yenidən xəstəxanaya yerləşdirilib və 17 gün müalicə alıb. İyunun sonunda isə yenidən psixotik epizod keçirdiyi və işindən uzaqlaşdırıldığı bildirilib.

Mütəxəssislərdən narahatlıq: Reallıqdan qopma riski

Bu hadisə süni intellekt texnologiyalarının, xüsusilə psixoloji cəhətdən həssas şəxslər üçün yaratdığı potensial riskləri ön plana çıxarıb. Mütəxəssislər qeyd edirlər ki, AI sistemləri bəzi hallarda reallıqdan uzaq düşüncələri dəstəkləyə və ya möhkəmləndirə bilər.

OpenAI açıqlama verib

OpenAI məsələ ilə bağlı bildirib ki, bu kimi halların qarşısını almaq üçün sistemlər üzərində davamlı yeniləmələr aparılırməhkəmə psixiatrları ilə əməkdaşlıq edilir. Şirkət, həssas istifadəçilərə təsiri azaltmaq və təhlükəsiz istifadəni təmin etmək məqsədilə məsuliyyət daşıdığını vurğulayıb.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun