Tibbi xəbərlər
Cəsədlərlə bağlı bilinməyənlər: Elm üçün bağışlanan bədənlər
Tibbi xəbərlər
216

Cəsədlərlə bağlı bilinməyənlər: Elm üçün bağışlanan bədənlər harada istifadə olunur?

Elm adamları və onların dostları elmə bağışlanan insan cəsədlərinin gözlənilməz istifadəsi ilə bağlı maraqlı məlumatlar paylaşıblar.

E-saglam.az xəbər verir ki, mövzu Reddit platformasının "AskReddit" bölməsində geniş müzakirəyə səbəb olub.

Məlum olub ki, insan sümükləri xüsusilə stomatologiyada geniş şəkildə istifadə olunur. Belə ki, diş çəkildikdən sonra yaranan boşluqların doldurulmasında bu sümüklərdən yararlanılır. Reddit istifadəçiləri qeyd ediblər ki, bu tip materiallar bəzən elmə bağışlanan bədənlərdən, bəzən isə başqa mənbələrdən əldə olunur.

Digər şərhlərdə isə insan cəsədlərinin mühəndislik və təhlükəsizlik sahələrində necə istifadə edildiyi vurğulanıb. Təyyarə qəzaları, avtomobil toqquşmaları və partlayış nəticəsində yaranan xəsarətlərin tədqiqində real insan bədənləri üzərində testlər aparılır. Bu, təhlükəsizlik kəmərləri və qoruyucu sistemlərin təkmilləşdirilməsinə xidmət edir.

Bundan başqa, məhkəmə ekspertizası sahəsində də insan cəsədlərindən istifadə olunur. Mütəxəssislər cəsədləri təbii mühitə yerləşdirərək həşəratların və vəhşi heyvanların parçalanma mərhələlərinə reaksiyalarını müşahidə edirlər. Bu müşahidələr cinayətlərin və ölüm hallarının araşdırılmasında dəyərli məlumatlar verir.

Mövzu ətrafında paylaşılan fikirlər insan bədəninin yalnız tibbi məqsədlərlə deyil, eyni zamanda təhlükəsizlik və hüquq-mühafizə sahələrində də nə qədər vacib rol oynadığını ortaya qoyur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun