Tibbi xəbərlər
Cərrahi əməliyyatlar beyinə zərər verirmiş -
Tibbi xəbərlər
195

Cərrahi əməliyyatlar beyinə zərər verirmiş - Xüsusilə bu yaşlarda

Çoxsaylı əməliyyatlar yaşlı insanlarda beyin zəifliyinə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, "The Lancet Healthy Longevity" jurnalında yayımlanan tədqiqatda, 40-69 yaş arasındakı 500,000 britaniyalı xəstənin məlumatları təhlil edilib. Araşdırma, bir neçə əməliyyat keçirən insanların yaddaş, reaksiya sürəti, tapşırıqların dəyişdirilməsi və qərar qəbulunda çətinliklər yaşama ehtimalının daha yüksək olduğunu göstərib.

Tədqiqatın nəticələrinə görə, hər bir əlavə əməliyyat bu problemləri daha da pisləşdirib. Məsələn, reaksiya müddəti bir neçə millisaniyə uzanıb. Beynin MRT taramaları, çoxsaylı əməliyyatların hipokampusda dəyişikliklərə səbəb olduğunu və beyin damarlarının daha çox zədələndiyini göstərib. Hipokampus, yaddaş və öyrənmədə mühüm rol oynayır.

Alimlər, əməliyyatların ümumiyyətlə beyin üçün təhlükəsiz olduğunu, lakin yaşlı xəstələrdə çoxsaylı əməliyyatların məcmu təsirinin daha nəzərə çarpacağını vurğulayıblar. Eyni zamanda, cərrahiyyə müalicə variantı olaraq ən yaxşı və ya tək seçimdirsə, xəstələr hər əməliyyatdan gələn koqnitiv zərərin orta hesabla az olacağına əmin ola bilərlər.

Günel 

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun