Tibbi xəbərlər
Cəlilabadda peyvənddən kənarda qalan uşaqlar vaksinasiyaya cəlb edilib
Tibbi xəbərlər
291

Cəlilabadda peyvənddən kənarda qalan uşaqlar vaksinasiyaya cəlb edilib

Peyvənddən kənarda qalan uşaqlarla bağlı Cəlilabad rayonunda keçirilən kampaniya çərçivəsində ümumilikdə 11 briqada kəndlərə cəlb olunub.

E-saglam.az-ın məlumatına görə, briqadalar ilkin səhiyyə müəssisələrində fəaliyyət göstərən pediatr, terapevt və tibb bacılarından ibarət olub.

Həmçinin ixtisaslı həkimlərdən ibarət xüsusi briqadalar yaradılıb və bu briqadalar müayinələrin aparılması üçün portativ USM, laborator, EKQ avadanlıqlarla təchiz edilib.

Yaradılmış səyyar həkim briqadaları kəndləri ziyarət edərək, peyvəndlə bağlı tərəddüdü olan valideynlərlə maarifləndirici görüşlər keçirib və peyvənddən kənarda qalan uşaqları vaksinasiyaya cəlb edib.

Qeyd edək ki, kampaniyadan əvvəl səyyar briqada heyətinə və onlara dəstək göstərəcək icma liderlərinə təlimlər də təşkil edilib.

Kampaniya müddəti boyunca əhaliyə uşaqların immunizasiyası və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ maarifləndirici materiallar təqdim olunub.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun