Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında ana ölümü baş verib.
E-saglam.az "report"un Muğan bürosuna istinadən xəbər verir ki, Biləsuvar rayon sakini, 1984-cü il təvəllüdlü Əhmədova Xəyalə Ədalət qızı bu gecə xəstəxanada əkiz uşaq dünyaya gətirib.
Qadının vəziyyəti əvvəl yaxşı olsa da, sonradan pisləşib və o, vəfat edib.
Faktla bağlı araşdırma aparılır.