Tibbi xəbərlər
Canan Karatay səhv müalicə etməklə ittiham olunur:
Tibbi xəbərlər
396

Canan Karatay səhv müalicə etməklə ittiham olunur: peşəsindən uzaqlaşdırıla bilər

Daxili Xəstəliklər və Kardiologiya üzrə professor Canan Karatay, xəstələrindən birinin səhv müalicə nəticəsində böyrəyini itirməsi və əlil qalması ilə bağlı ittiham olunur.

E-saglam.az xəbər verir ki, şikayət əsasında Karatayın peşəsindən uzaqlaşdırılması tələb edilir.

Mərhum Ceyhun Ülker, Karatay tərəfindən təyin edilən müalicənin ardından böyrək çatışmazlığına düçar olmuş və transplantasiya keçirmişdi. Şikayətdə qeyd olunur ki, yüksək duz istifadəsi və düzgün olmayan müalicə böyrəklərinə geri dönməz zərər vurmuşdur.

Ülkərin ailəsi tərəfindən təqdim olunan hesabatda, xəstənin əlillik dərəcəsi 70% böyrək, 30% ürək və 10% digər sağlamlıq problemləri ilə müəyyən edilib.

Məhkəmə prosesi davam edir və Karatayın peşə fəaliyyətinin qadağan edilməsi üçün ictimai iddia qaldırılması tələb olunur.

Xəstəxanadan isə məsələyə dair heç bir açıqlama verilməyib.

Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun