Tibbi xəbərlər
Canan Karatay ilk dəfə hakim qarşısına çıxdı:
Tibbi xəbərlər
399

Canan Karatay ilk dəfə hakim qarşısına çıxdı: "4 ildir görmədiyim xəstə üzündən günahlandırılıram"

Prof. Dr. Canan Karatay, keçmiş pasiyentinin ölümünə səbəb olduğu iddiası ilə məhkəmə qarşısına çıxıb.

E-saglam.az xəbər verir ki, İşin ilk iclası İstanbul Anadolu 4-cü İstehlak Məhkəməsində keçirilib. Karatay, pasiyentin müalicəsində “bol duz” və Karatay pəhrizi tövsiyə etdiyini, pasiyentin müalicə nəticəsində ona təşəkkür etdiyini bildirib. O, xəstəni 4 il ərzində görmədiyini qeyd edərək ittihamları rədd edib.

Pasiyentin ailəsi, tətbiq olunan müalicə üsullarının yanlış olduğunu iddia edir. Məhkəməyə təqdim edilən sənədlərdə, pasiyentin dərmanları dayandırması, yüksək təzyiq və şəkər üçün Karatayın tövsiyələrinə əməl etməsi nəticəsində böyrək çatışmazlığı inkişaf etdiyi, daha sonra isə böyrək nəqli keçirdiyi vurğulanıb.

Ailə, maddi və mənəvi təzminat tələb edərək 20 milyon lirəlik (954,532 AZN) iddia qaldırıb. Bununla yanaşı, İstanbul Anadolu Baş Prokurorluğunda Karatay və müalicənin keçirildiyi xəstəxanaya qarşı cinayət işi də açılıb. Xəstənin 2024-cü ilin noyabr ayında dünyasını dəyişməsi bu iddiaları daha da ağırlaşdırıb.

Məhkəmə prosesi 2025-ci il aprelin 25-də davam etdiriləcək.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun