Tibbi xəbərlər
Bütün "təcili yardımlar" bir mərkəzə
Tibbi xəbərlər
1849

Bütün "təcili yardımlar" bir mərkəzə birləşdirilir

İyunun 1-dən Sumqayıt Şəhər Təcili Yardım Stansiyası da daxil olmaqla ölkə üzrə bütün Təcili Yardım Stansiyaları "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi"nə birləşdiriləcək.

E-saglam.az xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı artıq qərar verilib. Qərara əsasən, respublika üzrə bütün Təcili Yardım Stansiyaları bir mərkəzdə birləşdiriləcək. 

Bu prosesə qədər isə "103" xidməti ləğv olunub. TƏBİB-in Müşahidə Şurasının qərarına əsasən, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, "113" Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyəti optimallaşdırılaraq bu mərkəzdə birləşdirilib.

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, qurumun Müşahidə Şurasının 19 iyul 2023-cü il tarixli müvafiq qərarı ilə bağlı TƏBİB-in İcraçı direktorunun müvafiq əmrinə əsasən, "Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası" publik hüquqi şəxs, "Təcili Yardım Avtobazası" publik hüquqi şəxsin və eyni zamanda TƏBİB-in tabeliyində olan digər tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının ştat vahidlərinin ləğv olunaraq mərhələli şəkildə yeni yaradılan "Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzi" publik hüquqi şəxsə birləşdirilməsi prosesinə başlanılıb. Hazırda proses davam etdirilir.

Qeyd olunub ki, Respublika Təcili Tibbi və Təxirəsalınmaz Yardım Mərkəzinin yaradılmasında məqsəd xidmət keyfiyyətinin beynəlxalq səviyyəyə yüksəldilməsi, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin, eləcə də təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin "vahid pəncərə” sistemi şəklində qurulmasıdır.

Xatırladaq ki, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi 2023-cü ildə yaradılıb. Mərkəzin direktoru Mirələm Cəlalovdur.

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun