Faydalı
Burun tüklərini nə üçün qoparmaq olmaz?
Faydalı

Burun tüklərini nə üçün qoparmaq olmaz?

Burun tükləri müdafiə funksiyanı yerinə yetirir, orqanizmə toz və digər ziyanlı maddələrin, mikrobların düşməsinə mexaniki olaraq mane olur.

Bu xüsusilə soyuq fəsillərdə, soyuqdəymə və qrip xəstəliklərinin çoxalması zamanı vacibdir.

Bundan əlavə tüklər buruna müxtəlif allergenlərin düşməsini məhdudlaşdırır. Araşdırmalar göstərir ki, burunda tüklərin çox olması allergiya və hətta astmanın riskini azaldır.

Bir çox insanlar burun tüklərini təmizləyir və bu məqsədlə pinset və mumdan istifadə edir. Burun nahiyyəsi sinir ucları ilə zəngin olduğundan bu prosess çox ağrılıdır.

Saglamolun.az zdr.ru-ya istinadla xəbər verir ki, tüklərin qoparması müxtəlif fəsadlara səbəb ola bilər. Tüklərin qoparması burunu mikrob, toz və allergenlərə qarşı müdafiəsiz edir ki, bu da infeksiya və allergiyanın riskini artırır.  

Qoparılmış tükün yerində əmələ gələn kiçik yaraya burunda olan mikroblar düşə bilər ki, bu da iltihaba və hətta immun sistemi zəif olan insanlarda infeksiyanın qana düşməsinə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq LOR həkimləri qəti şəkildə burun tüklərini qoparmağı tövsiyə etmir. Tüklər sizi çox narahat edirsə, onarı qayçı ilə bir qədər kəsmək və ya trimmerdən istifadə etmək olar.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun