Tibbi xəbərlər
Burun tıxanıqlığının altında yatan problem
Tibbi xəbərlər
174

Burun tıxanıqlığının altında yatan problem düşündüyünüz qədər sadə olmaya bilər

Burundan rahat nəfəs ala bilmirsiniz? Gecə xoruldamaq, tez yorulmaq və səhər yorğun oyanmaq kimi hallar sizdə də baş verirsə, bunun səbəbi sadə bir burun tıxanıqlığı deyil, burun çəpərinin əyriliyi ola bilər.

E-saglam.az xəbər verir ki, Qulaq, Burun, Boğaz və Baş-Boyun Cərrahı Prof. Dr. Rauf Oğuzhan Kum bildirib ki, burunu iki hissəyə ayıran qığırdaq və sümük quruluşu bəzən sağa və ya sola əyilə bilər. Bu hal tibb dilində "septum deviasiyası" adlanır və burun tıxanıqlığının əsas səbəblərindən biridir.

Təkcə nəfəs darlığına yox, bir çox problemlərə yol açır

Prof. Dr. Kum-un sözlərinə görə, bu struktur pozğunluq:

Baş ağrısı

Boğaz quruluğu

Tez-tez təkrarlanan sinüzit

Postnazal damcı

Yuxu pozğunluğu kimi bir çox narahatlığa da səbəb ola bilər.

Müayinəsi asandır, müalicəsi mümkündür

Sadə bir qulaq-burun-boğaz müayinəsi ilə bu problem asanlıqla aşkarlana bilər. Yüngül hallarda dərman müalicəsi yetərli ola bilər. Ancaq əyrilik ciddi vəziyyətdədirsə, “septoplastika” adlı əməliyyatla burun çəpəri düzəldilir və şəxs burundan rahat nəfəs almağa başlayır.

Bu əməliyyat nisbətən sadə və qısa müddətdə bərpa olunan prosedurdur. Sağlam və sərbəst nəfəs almaq isə gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun