Burun qurdalamaq bu xəstəliyin yaranmasını tətikləyir -
Burun qurdalamaq bu xəstəliyin yaranmasını tətikləyir -

Tədqiqatçılar aşkar ediblər ki, burun qurdalayan insan beynində beta-amiloid istehsalını başlatmaqla Alzheimer xəstəliyinin yaranmasına gətirib çıxara bilər. 

E-saglam.az xəbər verir ki, elm adamları Alzheimer xəstəliyi ilə potensial əlaqəni ortaya qoyan yeni bir araşdırma ediblər.

Biomolecules jurnalında dərc edilən araşdırmaya görə, burun qurdalamağın Alzheimer xəstəliyinə səbəb ola biləcəyi irəli sürülüb.

Bu tapıntı, Alzheimer xəstəliyinin inkişafında mühüm faktor olduğu bilinən beta-amiloid adlı zülalın kəşfindən irəli gəlir.

Tədqiqat, patogenlərin beyinə daxil olması üçün potensial qapı kimi iybilmə sisteminin rolunu vurğulayır.

Viruslar, göbələklər və bakteriyalar da daxil olmaqla patogenlər burun toxumalarında davamlı infeksiyalar yarada bilər, nəticədə beyinə çatır və neyrodegenerativ prosesləri tətikləyir.

Bu, birbaşa əlaqə Alzheimer riskini azaltmaq üçün burun gigiyenasına riayət etməyin vacibliyini vurğulayır.

Alzheimerin qarşısı alınması üçün nəticələr

Alzheimerin qarşısının alınması çox vaxt həyat tərzi faktorlarına əsaslanır və burun qurdalamaq da bunların arasında ola bilər.

Bu vərdiş, müvəqqəti rahatlığı təmin edə bilsə də, düzgün burun gigiyenasına üstünlük vermək çox vacibdir.

Tövsiyələrə əsasən, burun təmizliyi zamanı patogenlərin beyinə daxil olma riskini azaltmaq üçün duzlu su ilə yaxalamaq və ya nəfəsinizi bir qədər bərk çölə doğru üfürmək kimi üsullar daxildir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az