Tibbi xəbərlər
Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi
Tibbi xəbərlər
257

Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq - Vüqar Qurbanov

“Bu yaxınlarda Şəki şəhərində ürək mərkəzi fəaliyyətə başlayacaq”

E-saglam.az xəbər verir ki, bunu TƏBİB- in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, ölüm və əlillik riskinə görə ürək-damar xəstəlikləri ilk sırada yer alır: “Məqsədimiz odur ki, vətəndaşlar yaşadıqları əraziyə yaxın bölgədə tibbi xidmətdən daha tez istifadə edə bilsinlər. Ona görə də həm regionlarda, həm də Bakı şəhərində tibbi xidmətin sayının, çeşidinin artırılması ilə bağlı ciddi işlər görülür. Təcili tibbi yardım xidmətinin daha keyfiyyətli xidmət göstərməsi üçün son dövrlərdə bir sıra islahatlar həyata keçirilir. Ehtiyac olan bölgələrdə yarımstansiyaların, ambulans avtomobillərinin sayı artırılır. Hazırda Bakı üzrə 140 təcili tibbi yardım briqadası tam aktiv vəziyyətdə fəaliyyətdədir. İlin sonuna qədər bu rəqəmin 200-ə çatdırılması planlaşdırılır. Qeyd edim ki, yeni təcili tibbi yardım avtomobillərimiz gəlib. Onların istismara verilməsi prosesi yekunlaşıb. Bundan sonra Bakı şəhərində yeni, tam təchiz edilmiş ambulans avtomobillərlə xidmət təmin ediləcək”. (Azərtac)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun