Yandex watch
Bu xəstəliyin qadınlarda baş vermə nisbəti

Sidik qaçırma, xüsusilə orta yaşlı və yaşlı qadınlarda tez-tez rast gəlinən, lakin müalicə oluna bilən bir sağlamlıq problemidir.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, Doğum və Ginekologiya Mütəxəssisi Prof. Dr. Ülkü Mete Ural bu vəziyyətin həm fiziki, həm də psixoloji təsirlərinə diqqət çəkir. Onun sözlərinə görə, 40 yaşdan yuxarı hər iki qadından biri bu problemlə qarşılaşır.

Sidik qaçırmanın müxtəlif növləri mövcuddur. Ən çox rast gəlinən formalarından biri "stress tipi" qaçırmadır — öskürək və ya gülərkən baş verir və əzələ zəifliyi ilə əlaqəlidir. Digər növ isə ani sidik ehtiyacının qarşısını almaqda çətinliklərlə xarakterizə olunur.

Prof. Dr. Ural, dəqiq diaqnozun vacibliyini vurğulayır: “Ətraflı anamnez, laborator testlər və fiziki müayinə müalicənin düzgün təyin olunmasında əsas rol oynayır. Anatomik dəyişikliklər də nəzərə alınmalıdır”.

O, bildirir ki, bu problem çoxfunksiyalı yanaşma ilə uğurla müalicə edilə bilər: həyat tərzi dəyişiklikləri, pəhriz tənzimləməsi, çanaq əzələlərinin məşqi, dərmanlar və lazım olduqda cərrahi müdaxilə. Həmçinin, ARP və digər tamamlayıcı üsullar da effektiv nəticə verə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az