Bu xəstəliyi olanlar vaksinasiya üçün risk qrupuna aiddirlər
Ürək-damar, tənəffüs sisteminin müxtəlif ağır xəstəlikləri, immun sistemi ilə bağlı xəstəlikləri, metabolik, ağır şəkərli diabet, müəyyən aktiv bədxassəli şiş kimi ağır onkoloji xəstəlikləri olan insanlar vaksinasiya üçün xüsusi risk qrupuna aiddirlər.
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, istənilən halda 100 faiz - hamıya peyvənd vurmaq mümkün deyil:
"Əhalinin müəyyən kiçik faizində peyvəndə əks göstərişlər olur. İnsanların böyük əksəriyyətinin vaksin vurduraraq immunitet qazanması nəticəsində infeksion prosesin qırılması gələcəkdə real səbəbdən vaksin vurdura bilməyənlərin də qorunmasına gətirib çıxarır".