Yeni bir araşdırmaya görə, hətta yalnız üç gecə pis yuxu ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Uppsala Universitetinin tədqiqatçıları yuxu çatışmazlığının ürək xəstəliyi riskini artıran dəyişikliklərə səbəb olduğunu və bədəndə iltihabın səviyyəsinin sürətlə artdığını aşkar ediblər.
E-saglam.az xəbər verir ki, İsveçin Uppsala Universitetində aparılan yeni bir araşdırma, üç gecə ardıcıl olaraq cəmi dörd saat yatmağın belə ürək xəstəliyi riskini artıran dəyişikliklərə səbəb ola biləcəyini müəyyən etdi.
Tədqiqat idarə olunan mühitdə 16 sağlam kişi üzərində aparılıb. İştirakçılar iki fərqli rejimə əməl etdilər, biri üç gün ərzində normal 8,5 saat yatdılar, digərində isə yuxuları üç gün ərzində 4,25 saatla məhdudlaşdırıldı.
Hər mərhələdən sonra kişilər velosipeddə qısa, gərgin məşq etdilər və tədqiqatçılar məşqdən əvvəl və sonra qanlarında təxminən 90 müxtəlif zülalları araşdırdılar. Nəticələr göstərdi ki, yuxusuzluq ürək-damar xəstəlikləri ilə əlaqəli iltihab markerlərinin artmasına səbəb olur. Bu iltihablı zülallar uzun müddət ərzində yüksək səviyyələrə çatdıqda qan damarlarına zərər verə bilər və ürək çatışmazlığı, koronar arteriya xəstəliyi və atrial fibrilasiya riskini artıra bilər.
Daha da narahatedici odur ki, beyin və ürək sağlamlığı üçün faydalı olan interleykin-6 və BDNF kimi sağlam zülallar, qeyri-adekvat yuxudan sonra idmanla daha az təsirli şəkildə stimullaşdırılıb. Bundan əlavə, araşdırma zamanı qan nümunələrinin götürüldüyü günün vaxtının əhəmiyyətli olduğu və xüsusilə yuxusuzluq hallarında səhər və axşam arasında protein səviyyələrinin dəyişdiyi müşahidə edilib.
Bu tapıntılar böyüklərin, xüsusən növbəli işləyənlərin və bəzən zəif yuxuya gedənlərin sağlamlığı üçün narahatedici bir vəziyyət olduğunu göstərir.
Tərcümə: Könül Oruc