Qidalanma
Bu vitamin haqqında az danışırlar - Çatışmazlığı xərçəng yaradır- ƏLAMƏTLƏR
Qidalanma

Bu vitamin haqqında az danışırlar - Çatışmazlığı xərçəng yaradır- ƏLAMƏTLƏR

Sovrulan vitaminlər qrupuna aid olan vitamin K çoxunun bilmədiyi vitamindir.

 O, nazik bağırsaqda sovrulur, qaraciyərdə toplanır.

Orqanizm üçün çox vacib olan K vitamini 3 səbəbdən insanda çatışmaya bilər:

-Qidada çatışmamazlıq

-Bağırsaqda sovrulmasının pozulması

-Qaracyər xəstəlikləri olanlar

E-saglam.az həkimlərin belə az xatırlatdığı K vitamini əskikliyinin orqanizm üçün hansı fəsadlara yol açdığını araşdırıb:

Kimlər risk altındadır:

-Çox antibiotik və sulfanilamid preparatları qəbul etdikdə

-Öd yollarının durğunluğu, bağırsağa kifayət qədər öd şirəsi daxil olmadıqda

-Çoxlu miqdarda mineral yağ istifadə etdikdə, məsələn Vazelin

-Hepatit, sirroz

-Yeni doğulmuşlarda 3-5 günə kimi bağırsaq hələ bu vitamini sovurmadığından körpələrdə hemorragik sindrom baş verir.

-Zərərli və zəif qidalanma

Vitamin K-nın orqanizmdə rolu:

-Qanın sovrulmasını təmin edir

-Açıq yaraların üzərində qanla müdafiə qatının yaranması

-Dəri altına kapilyarlardan qanın partlayıb yayılmasının qarşısını alır

-Sümük və daxili orqanların toxumasını təşkil edir

-Qan damarlarının funksiyası

-Mədə-bağırsağın peristaltikası

-Kalsiumun mənimsənilməsi

-Reproduktiv orqanlar üçün

-İnsanı onkoloji xəstəliklərdən qoruyur

-Orqanizmi qocalıqdan qoruyur

Əsas simptomlar:

-Hemorragik sindrom – burun, mədə-bağırsaq qanaxmaları, damaqda qanaxma, dərialtı qan sızma ən əsas simptomdur

- Ağız, ağız ətrafı və dırnaqlarda qabıqlanma, quruma, soyulma müşahidə olunur

-Yenidoğulmuşlarda onlar yalnız ana südü ilə qidalandığından, süddə K vitamin az olduğundan, kəllədaxili qansızma ola bilər

Sutkalıq dozası insanın hər 1 kq çəkisi üçün 1 mkq-dır.

Müalicəsi

-Kəskin çatışmazlıqda venadaxili inyeksiyalar təyin olunur, dərmanlar qəbul edilir

-Dieta – K vitamini ilə zəngin gül kələmi, ispanaq, salat, kabak, mal qaraciyəri və s. qidalar çoxaldılır

K vitamini ilə zəngin qidalar:

Yaşıl çay içmək – hər gün 2 fincan təmiz, dəmləmə yaşıl çaydan için

Yaşıl çayda sutkalıq K vitamini var.

İspanaq – bu vitaminlə ikinci zəngin qidadır. İspanaqdan kokteyl düzəldə bilərsiz.

Baş soğan – təzəsini yeyin

Meyvələrdən – kivi, kök, armud, üzüm, almada var.

K vitamini əsklikliyində soya və zeytun yağı bol istifadə edin./medicina.az/

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun