Tibbi xəbərlər
Bu təbii yağ ibuprofen qədər təsirlidir:
Tibbi xəbərlər
223

Bu təbii yağ ibuprofen qədər təsirlidir: güclü təbii ağrıkəsici hesab olunur

Qidalanma üzrə mütəxəssis Boticaria Qarsia, soyuq sıxım zeytun yağının məşhur qeyri-steroid iltihab əleyhinə dərman olan ibuprofen kimi təsir göstərdiyini bildirib.

E-saglam.az xəbər verir ki, bu barədə o, "El Español" nəşrinə danışıb.

Qarsiyanın sözlərinə görə, həm ibuprofen, həm də soyuq sıxım zeytun yağı ağrı, iltihab və hərarət reaksiyalarında rol oynayan siklooksigenaza fermentinin fəaliyyətini zəiflədir. Bu mexanizm sayəsində zeytun yağı təbii ağrıkəsici və iltihab əleyhinə təsir göstərir.

Mütəxəssis əlavə edib ki, zeytun yağı ibuprofenin əksinə olaraq yan təsir riski daşımır və gündəlik istifadə üçün daha uyğundur. Onun fikrincə, zeytun yağının iltihab əleyhinə xüsusiyyətləri xərçəngin və neyrodegenerativ xəstəliklərin qarşısının alınmasında da faydalı ola bilər.

Bu səbəbdən qidalanma mütəxəssisləri təbii və sağlam alternativ axtaranlara gündəlik rasiona keyfiyyətli, soyuq sıxım zeytun yağı əlavə etməyi tövsiyə edirlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun