Tibbi xəbərlər
Bu saatlarda qəhvə içənlərin ömrü daha uzun olur:
Tibbi xəbərlər
468

Bu saatlarda qəhvə içənlərin ömrü daha uzun olur: Yeni araşdırma aşkar etdi

Araşdırmalar göstərir ki, səhər saatlarında qəhvə içmək sağlamlığa əhəmiyyətli faydalar verir və ömrü uzadır. Xüsusilə səhər saatlarında qəhvə içənlərin ölüm riski, içməyənlərə nisbətən daha aşağıdır.

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, səhərlər qəhvə içmək günün digər vaxtlarına nisbətən daha təsirli olur. Prof. Dr. Güner Sönməzin paylaşdığı araşdırma nəticələrinə görə, səhər qəhvə içənlərdə ümumi ölüm riski 16%, ürək-damar xəstəliklərindən ölüm riski isə 31% azdır. Gün ərzində qəhvə içməkdən fərqli olaraq, səhər qəhvəsi içmək daha müsbət təsir göstərir.

Qəhvə vaxtının təsiri

Tədqiqat göstərir ki, səhər qəhvə içmək gün ərzində və ya gecə içməkdən daha böyük sağlamlıq faydaları təmin edir. Gecə qəhvə içməyin ölüm riskinə əhəmiyyətli təsiri olmadığı müəyyən edilmişdir.

Faydaları nələrdir?

Qəhvə, tərkibindəki antioksidantlar və qida maddələri ilə ürək-damar sağlamlığını dəstəkləyir, immuniteti gücləndirir, maddələr mübadiləsini sürətləndirir və enerjini artırır. Səhər qəhvəsi xüsusilə ürək-damar xəstəlikləri riskini azaltmaqda təsirlidir.

Səhərə qəhvə ilə başlamaq həm sağlamlıq, həm də əhval-ruhiyyə üçün müsbət təsirlər yaradır. Araşdırmalara görə, səhər vaxtı qəhvə içmək ömrü uzatmaq üçün ideal seçim ola bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun