“Apple” şirkəti “AirPods Pro 2” simsiz qulaqlıqlarını eşitmə cihazı kimi istifadəyə verəcək.
E-saglam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Bildirilib ki, şirkət bununla bağlı Qida və Dərman Administrasiyasının (FDA) icazəsini gözləyir.
Məlumata görə, mobil aksesuarlar iOS 18-ə uyğun “iPhone” və ya “iPad”lə birləşdirildikdə eşitmə cihazı kimi işləyə biləcək.
Yeniliyin “HAF” adlı proqram təminatı əsasında oktyabr-dekabr aylarında reallaşacağı bildirilir.