Bu qidalarla birlikdə dərman qəbul etmək olmaz
Bu qidalarla birlikdə dərman qəbul etmək olmaz

Bir çox şəfa mənbəyi olan qidalar müəyyən dərman növləri ilə birlikdə qəbul edildikdə preparatın təsiri azala, hətta zəhərlənməyə və ölümcül nəticələrə səbəb ola bilər.

E-saglam.az axar.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli qidalanma və pəhriz mütəxəssisi Nur Əcəm Baydı danışıb.

O bildirib ki, süd və süd məhsullarında olan kalsium antibiotiklərin təsirini azalda bilər:

"Bu səbəblə pendir, süd, qatıq kimi qidaları istifadə edərkən dərmanın qəbulu ilə arasında ən az 2 saat vaxt keçməlidir. Bundan əlavə, kofeinli içkilər və ya pomidor kimi turşulu qidalar antibiotiklərlə birlikdə qəbul edildikdə mədə həssaslığını artıra bilər. Qəhvə və qırmızı şərabda olan tanin adlı maddə dəmir preparatları ilə birlikdə qəbul edildikdə dəmirin sorulmasına mane olur. Əgər dəmir həbləri qəbul edirsinizsə, kalsium tərkibli qidalar ilə bu dərmanları qəbul etdiyiniz vaxt arasında ən azı 1,5-2 saat vaxt keçməlidir.

Kələm, ispanaq, pazı, cəfəri, semizotu, kahı, qaraciyər, yaşıl çay, brokoli, şalgam kimi K vitamini ilə zəngin qidalarla qan durulaşdıran dərmanlar birlikdə istehlak edildikdə dərmanın təsiri azalır.

Qreyfrut bəzi növ antibiotiklərlə birlikdə və ya çox yaxın saatlarda istehlak edildikdə, bədən həddindən artıq antibiotik qəbul etmiş olur. Bu səbəblə bu növ antibiotikləri qəbul edərkən qreyfrut istehlakınız arasında ən az 4 saat vaxt keçməlidir. Qreyfrut allergiya dərmanları ilə birlikdə qəbul edildikdə başgicəllənməyə səbəb ola bilər.

Hipertoniyanı (qan təzyiqinin yuxarı olması) müalicə etmək üçün istifadə edilən bəzi dietik dərmanlar bədəndən su və natrium çıxararkən kalium səviyyəsini artırır. Bu, ürək ritminin pozulması kimi problemlərə səbəb ola bilər. Hər bir hipertoniya dərmanı buna səbəb olmasa da, həkiminzlə məsləhətləşmək sağlamlığınız üçün vacibdir.

Nəfəs alma ilə bağlı xəstəliklərin müalicəsi zamanı bəzi dərmanlardan istifadə edərkən diqqətli olun. Bu, bronxların genişlənməsinə səbəb ola bilər. Həmin dərmanlar qara çay, yaşıl çay, qəhvə, kola, şokolad, spirtli içkilərlə birlikdə qəbul edildikdə ürək döyüntüsünün artması, əsəbilik, baş ağrısı, ürəkbulanma və qusma kimi problemlərə gətirib çıxara bilər".