Qidalanma
Bu qidalar yuxunuzu qaçırdır
Qidalanma

Bu qidalar yuxunuzu qaçırdır

“Yaxşı yata bilmirsinizsə, yatmazdan əvvəl qida tənzimləmələri aparmalısınız”.

Bunu tanınmış rusiyalı aparıcı və həkim Yelena Malışeva yuxu keyfiyyətini pozan qidaların adını açıqlayarkən deyib.


O, yuxusuzluqdan əziyyət çəkən insanlar üçün ilk növbədə alkoqolu istisna etməyi tövsiyə edib, çünki ona görə yuxu fasiləli və natamam olur.

Siyahıda yuxu rejiminə mənfi təsir edən qəhvə də var.


“Birincisi, o, zəif psixostimulyatordur, ikincisi, güclü sidikqovucu vasitədir”, - deyə aparıcı izah edib.


Malışeva yağlı, ədvalı qidaların narahatlığa və mədə qıcqırmasına səbəb ola biləcəyini, bunun nəticəsində insanın yuxuya getməkdə çətinlik çəkdiyini qeyd edib.


O, yatmazdan əvvəl sağlam bir qəlyanaltı olaraq kefir, püstə, albalı, hinduşka əti, ispanaq və küncüt toxumlarını təklif edib. // qadin.net

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun