Skandinaviya Sağlamlıq Mərkəzinin qastroenteroloqu Olqa Çistikin sözlərinə görə, müəyyən qidaların qəbulu davamlı bədən qoxusuna səbəb ola bilər, çünki onların tərkibindəki maddələr dəri vasitəsilə xaric olur.
E-saglam.az xəbər verir ki, mütəxəssis bu cür qidalar kimi qırmızı ət, sarımsaq, soğan, kələm, turp və köri kimi ədviyyatları göstərir. Qırmızı ət yavaş-yavaş həzm olunur və bir neçə saat və ya hətta həftələr ərzində qalıcı bir ətir yarada bilən spesifik amin turşularını ifraz edir.
Çistik izah edir ki, sarımsaq, soğan, köri və kələm kükürd ehtiva edir və bu qazlar dəriyə nüfuz edərək günlərlə bədən qoxusunu artırır. Turp, xren və kəpək və dənli bitkilər kimi liflə zəngin qidalar həddindən artıq istehlak edildikdə qaza səbəb ola bilər ki, bu da bədən qoxusuna səbəb olur.
Tərcümə: Könül Oruc