Tibbi xəbərlər
Bu qan qrupuna aid olan insanlarda
Tibbi xəbərlər
441

Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR

A qan qrupuna aid olan insanların insult keçirmə ehtimalı digər qan qruplarına nisbətən 16 faiz daha çoxdur.

E-saglam.az xəbər verir ki, bu barədə ABŞ alimləri araşdırma aparıblar. Araşdırma zamanı 600 minə yaxın insanı əhatə edən 48 genetik tədqiqatın məlumatları təhlil edilib. Tədqiqat iştirakçılarının yaş həddi 18-59 arasında olub.

Nəticələrə görə, A qrupundan olan insanların insult keçirmə riski daha yüksəkdir. B qan qrupu olan insanların isə insult keçirmə riski digər qan qruplarına nisbətən 11 faiz çoxdur.

Qeyd edək ki, ABŞ-də hər il təxminən 800 min insult faktı qeydə alınır və bu halların əksəriyyəti 65 yaşdan yuxarı insanlarda olur. 55 yaşdan sonra insult riski hər on ildə iki dəfə artır.

Tədqiqatın nəticələri, xüsusilə gənc yaşlarda meydana gələn insultların yaşlılarla müqayisədə başqa problemlərdən yarana biləcəyini ortaya qoyub.Gənc fərdlərdə insult hallarının damarlarda yağ yığılması ilə deyil, laxtalanma ilə əlaqəli olduğu qeyd edilib.

Bu araşdırma bir daha göstərir ki, A qan qrupu olan insanlarda, xüsusilə gənc yaşlarda insult riski daha yüksəkdir. (sfera.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun