Tibbi xəbərlər
Bu qan qrupu olan qadınlar HAMİLƏLİKdə
Tibbi xəbərlər
358

Bu qan qrupu olan qadınlar HAMİLƏLİKdə problem yaşayır

Amerika alimləri araşdırmalar nəticəsində aşkar ediblər ki, 1-ci qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə yumurtalıqlarda yumurta hüceyrələrinin sayı daha azdır və onların "keyfiyyəti" daha aşağıdır.

Kişilərdən fərqli olaraq qadın orqanizmində cinsi hüceyrələr "istehsal olunmur". Qız dünyaya gələndə cinsi hüceyrələr onun yumurtalıqlarında artıq olur. Buna "ovarial rezerv" deyilir (ovum - latın dilində "yumurta" deməkdir). Daha sonra yeni cinsi hüceyrələr qadın orqanizmində əmələ gəlmir.

Yetkinlik yaşlara çatdıqda "yatılı" vəziyətdə olan cinsi hüceyrələrin inkişafı prosesi başlayır.

Hər menstrual dövr ərzində 1 və ya daha nadir hallarda bir neçə yumurta hüceyrəsi böyüyür, inkişaf edir və yumurtalıqdan çıxır (ovulyasiya).

1 qan qrupu olan qadınlarda digər qan qrupları ilə müqayisədə hamiləlik ehtimalı daha aşağı olsa da bu o demək deyil ki, bu qadınlar sonsuzdur. Sadəcə bu qadınlar öz reproduktiv sağlamlığına qarşı daha diqqətli olmalıdır.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun