Yandex watch
Bu, pis xolesterini azaltmağın ən sadə yoludur,

Genetik mütəxəssis professor Tim Spektor, pis xolesterini azaltmağın sadə və təsirli bir yolunu izah edib: doğranmış tərəvəzləri bişirməzdən əvvəl 10 dəqiqə gözləmək.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, bu üsul, tərəvəzlərin tərkibindəki xolesterol və qan şəkəri səviyyələrini yaxşılaşdıran kimyəvi maddələrin daha təsirli olmasına kömək edir. Xüsusilə, soğan və sarımsaq kimi tərəvəzlərin bişirilməzdən əvvəl bir müddət saxlanmasının faydalı olduğunu bildirir.

Spektor, bu tərəvəzlərdəki sulforafan adlı birləşmənin tərkibindəki ferment olan mirozinazın bişirmə zamanı məhv olmasına diqqət çəkir. Tərəvəzləri 5-10 dəqiqə gözlədikdə isə bu maddə aktivləşir və orqanizmə fayda verir. Bu vərdiş, xolesterolun və qan şəkərinin balanslaşdırılmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır.

Bundan əlavə, Spektor sızma zeytun yağı ilə pomidor bişirməyin və fermentləşdirilmiş qidaların istehlakını artırmağın da xolesterolu aşağı salmağa təsir etdiyini qeyd edir. O, həmçinin sirkənin qanda şəkər səviyyəsini balanslaşdıraraq aclıq hissini azaldığını və qəlyanaltı yemək istəyini maneə törətdiyini vurğulayır.

Yeməkdən əvvəl kiçik bir salat yemək də qan şəkərindəki sıçrayışları azaldır, uzun müddət tox qalmağa kömək edir və sağlamlıq problemlərinin riskini azaldır.

Bu sadə, amma təsirli vərdişlər, ürək-damar sağlamlığını qorumağa, xolesterol səviyyələrini nizama salmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa dəstək olur.

Tərcümə: Könül Oruc

E-saglam.az