Bu peyvəndin əlavə təsiri var imiş
Bu peyvəndin əlavə təsiri var imiş

Bu peyvəndin əlavə təsiri var imiş - Şirkətdən etiraf...

"AstraZeneca" Oksford Universiteti ilə birlikdə hazırladığı koronavirus peyvəndinin nadir bir əlavə təsirə səbəb ola biləcəyini ilk dəfə etiraf edib.

E-saglam.az xarici KİV-ə istinadla xəbər verir ki, Böyük Britaniyada davam edən məhkəmə işi zamanı üzə çıxıb.

Belə ki, 2021-ci ilin aprelində Covid peyvəndi vurulan Cemi Skot adlı şəxsin beynində laxtalanma baş verib. Beynindəki zədə səbəbindən iş qabiliyyətini itirən 2 uşaq atası "AstraZeneca"yı məhkəməyə verib.

Peyvənddən sonra oxşar problemləri olduğunu iddia edən 51 nəfərin də məhkəməyə müraciət etməsindən sonra iş böyüyüb.

Hüquqşünaslar "AstraZeneca"-Oxford peyvəndinin "qüsurlu" olduğunu və bir çox ailədə dağıdıcı əlavə təsirlərə səbəb olduğunu iddia edib. / Ölkə.Az

E-saglam.az