Xəstəliklər
Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ
Xəstəliklər
19

Bu peyvənd ZƏRƏRLİDİR - XƏBƏRDARLIQ

"Johnson&Johnson" tərəfindən hazırlanan COVID-19 peyvəndi nadir rast gəlinən nevroloji xəstəliyə səbəb ola bilər.

E-saglam.az xəbər verir ki, bu barədə ABŞ Qida və Dərman İdarəsi (FDA) xəbərdarlıq edib.

İdarə "Guillain-Barre" Sindromu (GBS) kimi tanınan xəstəliklə bağlı 100-ə yaxın xəstəni araşdırıb. Nəticədə qərara gəlinib ki, "Johnson&Johnson" vaksini sözügedən xəstəliyə tutulmaq baxımından kiçik, lakin mümkün risk daşıyır.

"Guillain-Barre" Sindromuna indiyədək 50 yaş və yuxarı yaşlı kişilərdə rast gəlindiyi və simptomların vaksinasiyadan təxminən 2 həftə sonra görüldüyü bildirilib.

Mütəxəssislər "Johnson&Johnson" peyvəndi ilə GBS arasındakı mümkün əlaqəni müzakirə etməyə davam edəcəklərini deyiblər. Lakin peyvəndin hələ də təhlükəsiz və effektli olduğunu, potensial faydalarının risklərdən üstün olduğunu qeyd ediblər.

"Guillain-Barre" Sindromu sinir sisteminə güclü təsir edir. Bu xəstəlik ürəyin döyüntü ritminin pozulmasına, nəfəsalma çətinliyinə və bir çox problemə səbəb olur./publika.az/

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun