Varikoz damarları genetik faktorlardan tutmuş yaşınıza və pəhrizinizə qədər bir çox səbəblərdən dolayı baş verə bilər. Bundan əlavə, peşəniz də varikoz damarlarının əmələ gəlməsinə də zəmin hazırlaya bilər.
Bu sözləri E-saglam.az-a açıqlamasında invaziv radioloq, damar mütəxəssisi Dr.Ramil Zeynalov deyib.
O bildirib ki, peşənizlə əlaqədar olaraq həftənin əksər günlərində gün ərzində saatlarla ayaq üstə durmalı və ya stol arxasında oturmalı olsanız, gün ərzində dəfələrlə ağır əşyaları qaldırıb daşısanız, varikoz damarlarının əmələ gəlmə ehtimalı artır.
Varikoz damarlarının ən yüksək riski olan 7 peşə qrupu:
1) Aşpaz
2) Tibb bacısı
3) Sürücü
4) Ofis işçisi
5) Müəllim
6) İnşaat işçisi
7) Bərbər və ya saç ustası
Bu peşə qruplarından birindəsinizsə, ayağınızın damar sağlamlığını qorumaq üçün; gün ərzində bir neçə dəqiqə gəzin, dizin altından sıxılma corabları geyin və ideal çəkinizə nəzarət edin.
Ayaqlarda ağrı, şişkinlik və görünən varikoz damarları inkişaf etdikdə həkimə müraciət etməyi unutmayın.