Xəstəliklər
Bu peşədə işləyənlər ağır xəstəliyə
Xəstəliklər

Bu peşədə işləyənlər ağır xəstəliyə tutula bilər

E-saglam.az Milli.Az-a istinadən xəbər verir ki, onlar 421.899 ingilis və Amerikalının iştirak etdiyi məlumatları incələyiblər və maraqlı nəticələr əldə ediblər.

Araşdırmaya görə DEHB (nevroloji inkişaf pozğunluğu), autizm, depresiya və şizofreniya kimi xəstəliklərin riskini artıran genetik faktorlar bəzi karyera yollarına təsir edə bilər. Xüsusilə, sənət və dizayn sahəsində işləyənlərin anoreksiya, bipolar pozuntu və depressiya kimi psixi problemlərə meyilli olduğu, kompüter sahəsində çalışanların isə otizm riskinin yüksək, amma DEHB və depresiya riskinin aşağı olduğu müşahidə edilib.

Təhsil sahəsində işləyənlərdə anoreksiya və DEHB əlamətləri digər peşələrə nisbətən daha çox rastlanıb. Sosial xidmət işçilərində isə depresiyaya genetik yatqınlıq daha çox qeyd edilib.

Kənd təsərrüfatı və balıqçılıq: DEHB əlamətləri daha çox rastlanır.

Təmizlik, kulinariya və nəqliyyat sektorları: Bu sahədə işləyənlərdə də DEHB genetik yatqınlığı ön plandadır.

Dr. Georgios Voloudakis DEHB genetik yatqınlığı olan insanların təhsil və məktəb uğurlarına təsir göstərərək dolaylı yolla onların peşə seçimlərini formalaşdırdığını qeyd edib. Sistematik təhsil önyarğılarının bu şəxslərə mənfi təsir göstərməsi ehtimal olunur.

Genetik faktorların peşə seçimlərinə təsiri nisbətən azdır, təxminən 0,5%. Buna qarşı, yaş, cinsiyyət və təhsil kimi amillər daha güclü təsir edir.

E-saglam.az 

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun