Xəstəliklər
Bu ölkədə hamilələrə peyvənd vurulmasına icazə verilib
Xəstəliklər
159

Bu ölkədə hamilələrə peyvənd vurulmasına icazə verilib

Hamilələrin koronavirus əleyhinə peyvənd olunmasına icazə verilib.

E-saglam.az bildirir ki, “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Danimarka Səhiyyə Agentliyi məlumat yayıb.

“Hamilə qadınlarda şiddətli koronavirus infeksiyası riski artır, hamiləlik dövründə yoluxma isə vaxtından əvvəl doğuş riskini artıra bilər. Agentlik digər ölkələrin son məlumatlarını və təcrübələrini öyrəndikdən sonra hamilə və süd verən qadınların peyvənd olunmasını tövsiyə etmək qərarına gəlib”, - məlumatda vurğulanıb.

Qeyd olunub ki, ABŞ-ın “Pfizer” və “Moderna” şirkətlərinin preparatları ilə bu cür aşılamaya başlayan ölkələrdən, o cümlədən ABŞ və Kanadadan alınan məlumatlar peyvəndin hamilələr və ana bətnində olan uşaqlar, eləcə də süd verən analar və ana südü ilə qidalanan uşaqlar üçün effektiv və təhlükəsiz olduğunu göstərib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun