Xəstəliklər
Bu nəsildə xərçəng riski daha yüksəkdir -
Xəstəliklər
429

Bu nəsildə xərçəng riski daha yüksəkdir - Alimlərdən XƏBƏRDARLIQ!

"X" və "Y" nəslinə mənsub insanlarda əvvəlki nəsillərə nisbətən xərçəng riski daha yüksəkdir.

ABŞ-də aparılan araşdırmalara görə, tədqiqatçılar 1965-1980-ci illər arasında doğulmuş "X" nəsli və 1981-1996-cı il təvəllüdlü "Y" nəslinin əvvəlki nəsillərlə müqayisədə döş, mədəaltı vəzi və mədə xərçəngi də daxil olmaqla 17 xərçəng növünə tutulma riskinin artdığını müəyyən ediblər.

Tədqiqat çərçivəsində 1990-cı ildə doğulanlarda yumurtalıq xərçəngi riskinin yaşlı insanlara nisbətən yüzdə 12, uşaqlıq yolu xərçəngi riskinin isə yaşlı nəslə görə yüzdə 69 daha yüksək olduğu məlum olub.(sfera)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun