Tibbi xəbərlər
Bu il 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb
Tibbi xəbərlər

Bu il 21 mindən çox şəxsə əlillik təyinatı aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi işləri davam etdirilir.

Nazirlikdən E-saglam.az-a verilən məlumata görə, bu ilin 6 ayı ərzində Agentlik ümumilikdə 21 525 şəxsə əlillik təyin edib.

Onlardan 7 018 nəfərə ilkin, 14 507 nəfərə isə təkrar əlillik təyinatı aparılıb. 2020-ci ilin analoji dövrü ilə müqayisədə təyinatların sayı 68% artıb.

Həmin şəxslərə əlilliyə görə müvafiq sosial ödənişlər də təyin olunub.

Əlilliyin qiymətləndirilməsi vətəndaş-məmur (ekspert) təması olmadan, “Əlillik” altsistemi üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir.

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun