Bədəndə yığılan şiş və toksinləri atmaq hər bir xanımın istəyidir. Bu detoks çayı, maddələr mübadiləsini sürətləndirərək çəki atmağınıza kömək edir.
E-saglam.az xəbər verir ki, ayrıca bədəni yeniləyən bu resept, həzm sistemini də yaxşılaşdırır. Bu detoksu hər səhər içə bilərsiniz.
Tərkibi:
1 ədəd limonun suyu
2 çay qaşığı alma sirkəsi
2 ədəd rəndələnmiş zəncəfil
1 çimdik yemək duzu
təzə nanə yarpaqları
Hazırlanması:
Bir stəkan suyun üzərinə limon suyu, alma sirkəsi və duzu əlavə edərək qarışdırın. Yaxşıca qarışdırdıqdan sonra üzərinə zəncəfil və nanə yarpaqlarını əlavə edin. Gecə düzəldib, səhər için. (Axşam.az)