Tibbi xəbərlər
Bu günə qədər 109 qaziyə 113 yüksək texnologiyalı protez verilib
Tibbi xəbərlər
110

Bu günə qədər 109 qaziyə 113 yüksək texnologiyalı protez verilib

Vətən müharibəsində yaralanmış qazilərdən daha bir qrupu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunub.

E-saglam.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Protez-Ortopedik istehsalat və reabiltasiya mərkəzinin istehsalın keyfiyyətinə nəzarət üzrə mütəxəssisi Kənan Pirizadə bildirib. Onun sözlərinə görə, ümumilikdə, Vətən müharibəsi zamanı xəsarət alaraq aşağı ətrafları amputasiya olunmuş 109 qazi 113 yüksək texnologiyalı protezlə təmin olunub:

Azərbaycanla Rusiya arasında «Səhiyyə və tibb elmi sahəsində yenilənmiş əməkdaşlıq Sazişi» imzalanıb

“Yüksəliş” müsabiqəsinin final mərhələsi başlayıb - FOTO

Ağdaş sakinlərində narkotik aşkar edilib - VİDEO

“Yüksək texnologiyalı protezlər aktivlik və funksionallığı ilə seçilir, “Genium” sistemi üzrə hazırlanan protezlər elektron oynaq əsasında hərəkətin tam və daha dəqiq tənzimlənməsinə, sabit, təhlükəsiz və inamlı hərəkətə imkan yaradır. İstifadəçiyə yenidən sərbəst və rahat hərəkət imkanı qazandırır”.

K.Pirizadə deyib ki, yuxarı ətrafları amputasiya olunmuş qazilərin də son nəsil protezlərlə təminatı üçün işlər davam edir. Onlardan 32 qazi ən son texnologiyalı protezlə təmin ediləcək:

“Bu ilin mart ayından ilk dəfə olaraq əlilliyi olan şəxslərin mühərrikli təkərli oturacaqla təminatına da başlanıb. Artıq 562 şəxsə mühərrikli təkərli oturacaq verilib ki, onlardan bir hissəsi də müharibə əlilləridir. Postmüharibə dövründə Nazirliyin reabilitasiya müəssisələrində 1040-dək qazi və şəhid ailəsi üzvü sosial-psixoloji, 233 nəfər müharibə iştirakçısı isə reabilitasiya xidmətləri ilə əhatə olunub. Onlar klinik və sosial psixoloqlar tərəfindən əyani və onlayn, qrup və fərdi şəkildə psixoloji seanslara cəlb ediliblər. Hazırda da həmin xidmətlərin göstərilməsi prosesi davam edir”. // APA

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun