Xəstəliklər
Bu gün Ümumdünya Astma ilə Mübarizə Günüdür.
Xəstəliklər

Bu gün Ümumdünya Astma ilə Mübarizə Günüdür.

Mayın 4-ü 300 milyondan çox insan əziyyət çəkdiyi xəstəliklə mübarizə günüdür.

E-saglam.az bildirir ki, Ümumdünya Astma ilə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirilir.

Həmin günün yaranma tarixi 1993-cü ildə ABŞ-ın Milli Ürək, Ağciyər və Qan İnstitutu, Milli Sağlamlıq İnstitutu və Ümumdünya Sağlamlıq Mərkəzi tərəfindən “Bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası”nı müəyyənləşdirən işçi qrupunun yaradılması ilə bağlıdır. 1998-ci ildə Barselonada keçirilən dünya mütəxəssislərinin astma problemlərinə həsr olunmuş Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub və həmin ölkələrin sırası ildən-ilə genişlənir. Hazırda dünyanın 80-dən çox ölkəsində əhalinin maarifləndirilməsi məqsədilə bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası çərçivəsində müxtəlif tədbirlər keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir. Hazırda dünyada 300 milyon nəfər həmin xəstəlikdən əziyyət çəkir və hər onillikdə onun sayı bir yarım dəfə artır. Astma hər yaşda yarana bilər. Lakin kiçik yaşlı uşaqlar ona daha çox meyilli olurlar, astma xəstələrin təxminən yarı hissəsində 10 yaşa qədər inkişaf edir. 2 yaşa qədər uşaqlara isə astma diaqnozu qoymaq çətindir, çünki o çox vaxt başqa xəstəliklər altında gizlənir.

Yunan dilindən tərcümədə astma – “ağır nəfəs” deməkdir. Həmin terminin müəllifi Hippokrat hesab edilir və onun “Daxili iztirablar haqqında” əsərində spazmatik xarakter daşıyan astmanın əsas səbəbinin soyuq və nəmişlik olduğu göstərilir. Alimlər yüzilliklər boyu xəstəliyin səbəblərini öyrənməyə çalışıblar. XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib. Astmanın inkişafının ən başlıca risk faktorları allergenlərdir. Bundan əlavə soyuq hava, həyəcan, əsəb, qorxu və idman da xəstəliyin əmələgəlmə səbəblərindən ola bilər. Bəzən xəstəliyin yaranmasında genetik faktorların da rolu olur./ Tibb.fed.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun