Bu gün peyvənd olunanların sayı açıqlandı
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 407 vaksin vurulub.
E-saglam.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 253 216, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 352 958, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 900 258 təşkil edir.