Nəcisdə qan və qarın altındakı ağrılar bağırsaq xərçənginin əsas simptomlarıdır və onların erkən mərhələdə aşkarlanması uğurlu müalicə şansını xeyli artırır.
E-saglam.az xəbər verir ki, bu barədə Britaniyanın "Dr Fox Pharmacy" onlayn klinikasından doktoru Debora Li bildirib.
Onun sözlərinə görə, bağırsaq xərçənginin bir sıra simptomları xəstəliyin üçüncü və ya dördüncü mərhələsində özünü göstərir. Ancaq bəzi əlamətlər onun inkişafı zamanı artıq görünür.
Həkim bildirib ki, ilk mərhələdə kolon xərçəngi adətən heç bir əlamət göstərmir:
"Sonrakı mərhələlərə nəcisdə qan, düz bağırsaqdan qanaxma, ishal və ya qəbizlik ilə bağırsaq vərdişlərində dəyişikliklər və qarın altındakı ağrılar daxildir. Yuxarıdakı mənfi əlamətlərin vaxtında aşkarlanması xərçəngin bu növünün öhdəsindən gəlməyə kömək edir".
Tərcümə: Könül Oruc