Böyrək daşları hər 10 nəfərdən birində, əsasən 30-60 yaş arasında rast gəlinir.
E-saglam.az xəbər verir ki, mütəxəssislər hansı simptomların xəstəliyi göstərdiyini açıqlayıblar.
Böyrək daşları qanda tullantı məhsullarının kristalları əmələ gətirməsi nəticəsində əmələ gəlir ki, bu da zamanla yığılaraq sərt, daşa bənzər bir parça əmələ gətirir. Böyrək daşı göründükdən sonra bədən onu sidiklə çıxarmağa çalışır. Onların əksəriyyəti öz-özünə keçə biləcək qədər kiçikdir, lakin bəziləri əməliyyat tələb edəcək qədər böyüyə bilər.
Aşağıdakı simptomlar böyrək daşlarını göstərə bilər:
- aşağı arxanın hər iki tərəfində şiddətli ağrı;
- sidikdə qan;
- sidik yollarının infeksiyaları;
- ürəkbulanma və qusma;
- şiddətli tərləmə və titrəmə.
Tərcümə: Könül Oruc