Yandex watch
Bu barmaq əlaməti ağciyər xərçənginin

Ağciyər xərçəngi dünyada xərçəngdən ölümün əsas səbəblərindən biridir və erkən diaqnoz qoyulmadıqda daha təhlükəli olur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, nadir rast gəlinən simptomlardan biri olan “clubbing” barmaqların uclarının genişlənməsi və dırnaq yatağının yumşalması ilə müşayiət edilir. Bu proses zamanı dırnaqların ətrafındakı dəri qızarır, dırnaqlar daha qabarıq və parlaq görünür, səthlərində silsilələr əmələ gəlir.

Bu vəziyyəti yoxlamaq üçün hər iki əlin dırnaqlarını bir-birinə sıxmaq lazımdır. Əgər arada kiçik, almazşəkilli boşluq qalırsa, bu normal hesab edilir. Ancaq boşluğun olmaması barmaq uclarının qalınlaşması və bu dəyişikliyin bir əlaməti ola bilər.

Ağciyər xərçənginin digər erkən simptomlarına üç həftədən çox davam edən öskürək, döş qəfəsində təkrarlanan infeksiyalar, nəfəs darlığı, bəlğəmdə qan, səbəbsiz yorğunluq və çəki itkisi daxildir. Xəstəlik çox vaxt gec mərhələdə aşkarlandığından erkən diaqnoz həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az