Xəstəliklər
Bu ayda doğulanlarda ürək xəstəliklərindən
Xəstəliklər

Bu ayda doğulanlarda ürək xəstəliklərindən ölüm riski ən aşağıdır

ABŞ alimləri çox maraqlı araşdırma aparıblar. Alimlər 1976-cı ildən başlayaraq 116 911 tibb bacısının sağlamlığına nəzarət edirdilər.

Araşdırmanın nəticələri bu ilin dekabr ayında The BMJ jurnalında dərc olunub. Bu müddət ərzində 40 mindən artıq qadın vəfat edib, onlar 8 mindən çoxu ürək-damar sistemi xəstəliklərindən ölüb.

Araşdırma nəticəsində məlum olub ki, yaz və yayda doğulanlarda ürək-damar sistemi xəstəliklərindən ölüm riski payız və qışda doğulanlarla müqayisədə daha yüksəkdir.

Ən aşağı risk isə dekabr ayında doğulanlarda qeyd olunub.

Mütəxəssislər bunları insanların ana bətnində olanda və uşaq vaxtlarında müxtəlif fəsillərdə qidalanma özəllikləri, gün şüalarının təsiri, havanın çirklənməsi ilə əlaqələndirirlər.

Araşdırmalar davam edəcək.(saglamolun.az)

E-saglam.az

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun