Xəstəliklər
Bu 5 məhsul qanı durulaşdırılır
Xəstəliklər
80

Bu 5 məhsul qanı durulaşdırılır

Ürək-damar xəstəlikləri ölüm sayında hələ də birinci yerdədir. Ekspertlərin sözlərinə görə, gənc yaşlardan ürək sağlamlığının qeydinə qalmaq və ürək xəstəliklərinin qarşısının alınması barədə düşünməyə dəyər.

Milyonlarla insanın qarşılaşdığı ən ümumi problemlərdən biri qanın qatılaşmasıdır, yəni normal laxtalanmasının pozulması. Bunun çox səbəbi ola bilər - qeyri-kafi qidalanmadan ciddi xroniki xəstəliklərə və koronavirusun diqqətə alınmayan fəsadlarınadək. Dietoloqların sözlərinə görə, pəhrizə bəzi qidalar əlavə etməklə problem aradan qalxa bilər.

E-saglam.az publika.az-a istinadən xəbər verir ki, qan axınının qatılaşması çox vaxt bədənin susuz qalması ilə əlaqələndirilir.

Su

Su damlaları

Gündəlik 2-2,5 litr su içməyə çalışın. Çox qəhvə və ya çay içirsinizsə, suyun miqdarını artırın, kofeinli içkilər bədəndə maye çatışmazlığının yaranmasına kömək edir.

Zəncəfil

Ürək-damar sağlamlığının qorunmasında ən təsirli vasitə zəncəfildir. Kökündə çox miqdarda qinqerol və doymamış yağ turşuları var. Zəncəfil damarları təmizləməyə və qan laxtalanmasına kömək etməklə yanaşı, bütün bədən üzərində kompleks gücləndirici təsir göstərir.

Pomidor

TOMATES – GREEN BUILDING GROUP

Pomidor C vitamini, salisilatlar, həmçinin güclü və təbii antioksidant likopen ilə zəngindir. Qanda qatılaşmanın və damarlarda pis xolesterin yığılmasının qarşısını alır.

Qaragilə

Giləmeyvənin tərkibi antioksidantlarla zəngindir. Bu, bədəni gücləndirir və hüceyrələri sərbəst radikal zədələrdən qoruyur. A, C vitaminləri və bitki birləşmələri qan laxtalanmasının qarşısını alır və qanı duruldur.

Yağlı balıq

Yağlı balıq ürəyin və bütün bədənin sağlamlığı üçün faydalı maddələr anbarıdır. Balığın müntəzəm istifadəsi ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, qanı duruldur, immun sistemini gücləndirir və qocalma prosesini ləngidir.

Bizi Facebook-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun